Bank Of Baku

SEPAH Sirik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib

SEPAH Sirik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib
# 01 iyun 2026 11:50 (UTC +04:00)


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi səhər saatlarında ABŞ ordusunun Hörmüzqan əyalətinin Sirik adasında telekommunikasiya qülləsinə hücum etdiyini açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, məlumata əsasən, bundan sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri hücumun edildiyi hava bazasını hədəf alıb və müəyyən edilən hədəflər vurulub.

SEPAH hücum təkrarlanacağı təqdirdə, cavabın tamamilə "fərqli olacağı" barədə xəbərdarlıq edib və bunun məsuliyyətinin ABŞ-ın üzərində olduğunu bildirib.

Qeyd edək ki, açıqlamada hücumun vaxtı və nəticələri ilə bağlı əlavə detallara yer verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR