Ukraynanın hazırda ABŞ-nin hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə çıxışı yoxdur.
APA xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio oktyabrın 17-də Özbəkistana səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Starlink” kommersiya məhsulu olduğu halda, “Starshield” ABŞ Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi təyinatlı sistemdir.
“Hazırda Ukraynanın bu sistemə çıxışı yoxdur. Məsələ müzakirə edilir. Biz onların bu sistemdən necə istifadə etmək istədiklərini müzakirə edirik”, – Rubio vurğulayıb.
ABŞ dövlət katibi qeyd edib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə “Starshield” sisteminə çıxış istəyib.
Bununla belə, Rubio hazırda Kiyevin sözügedən sistemdən istifadə imkanının olmadığını bir daha təsdiqləyib.