Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə səfərdədir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Qeyd edək ki, iki lider arasında təkbətək və çoxtərəfli görüşlər çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də cari proseslər ətrafında fikir mübadiləsi aparılacaq.