“Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum terror aktıdır və buna qətiyyətlə cavab veriləcək”.
APA xəbər verir ki, bunu Yəməndə qanuni hakimiyyəti dəstəkləyən koalisiyanın rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki deyib.
Qeyd edək ki, hava limanına edilən hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.