Bank Of Baku

Səudiyyə Ərəbistanı husilərin ballistik raket istehsalı müəssisələrini məhv edib

Səudiyyə Ərəbistanı husilərin ballistik raket istehsalı müəssisələrini məhv edib
# 09 noyabr 2026 23:53 (UTC +04:00)

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatına bağlı husilərin bir neçə ballistik raket istehsalı müəssisəsini məhv etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat yayıb.

“Ballistik raketlərin yığılması və komponentlərinin istehsalı ilə məşğul olan zavod məhv edilib”, – açıqlamada bildirilib.

Koalisiya nümayəndəsinin sözlərinə görə, əməliyyat zamanı ballistik raketlər üçün bərk yanacağın hazırlanması və qarışdırılması ilə məşğul olan kimya zavodu da sıradan çıxarılıb.

Bundan əlavə, həmin silah sistemləri üçün elektron avadanlıqların yığıldığı istehsalat sexinin məhv edildiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR