Bank Of Baku

Şimali Koreya sualtı qayıqdan iki qanadlı raket atıb

Şimali Koreya sualtı qayıqdan iki qanadlı raket atıb
# 13 mart 2023 03:09 (UTC +04:00)

Şimali Koreya sualtı qayıqdan iki strateji qanadlı raket buraxıb.

APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Raketin baxılışı KXDR-in Sinpo liman şəhəri yaxınlığında baş verib.

Raketlərin buraxılışı Birləşmiş Qərargah Rəisləri Komitəsi tərəfindən qeydə alınıb.

Cənubi Koreya ordusu hadisəni bu həftə ABŞ-la baş tutacaq hərbi təlimlərə reaksiya ola biləcəyi ehtimalındadır.

“Silahlı qüvvələrimiz monitorinq və sayıqlığı gücləndirməklə ABŞ-la sıx əməkdaşlıq şəraitində tam hazırlıq vəziyyətindədir”, - deyə Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib.

Şimali Koreyanın sonuncu dəfə fevralın 18-də qitələrarası ballistic raket buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR