Suriyanın qərbində, Homs vilayətinin ərazisində sərnişin daşıyan mikroavtobusa naməlum şəxslər tərəfindən silahlı hücum edilib.
APA xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar vilayətdəki xəstəxanalara çatdırılıb.
Hadisədən sonra mülki müdafiə qüvvələri əraziyə cəlb olunaraq ölən və yaralananları çıxarıb. Daxili təhlükəsizlik qüvvələri isə ərazini mühasirəyə alaraq yolu bağlayıb və hücumla bağlı araşdırmaya başlayıb.
Hücumun arxasında kimin dayandığı və motivi məlum deyil.