Suriya müxalifətinin silahlı dəstələri İdlib əyalətində Suriya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarənin vurulduğu barədə məlumat yayıblar. Təyyarənin Xan-Şeyhun və Əl-Tamanaa şəhərləri arasında yerə düşdüyü deyilir.
APA xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzetinin electron versiyası yazıb.
Bildirilir ki, təyyarə silahlı dəstələrin Xan-Şeyhun şəhərindəki mövqelərinə hücum edən zaman vurulub.
Pilotun taleyi barədə bir məlumat verilmir.