Bank Of Baku

“Tasnim”: Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkəyə ixracı ABŞ ilə müzakirə olunmayıb

“Tasnim”: Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkəyə ixracı ABŞ ilə müzakirə olunmayıb
# 26 aprel 2025 21:32 (UTC +04:00)

Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkələrə ixracı məsələsi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ-la aparılan danışıqlarda müzakirə olunmayıb.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi nə danışıqların üçüncü raundu zamanı, nə də əvvəlki danışıqlar zamanı bu məsələni qaldırmayıb.

Həmçinin ABŞ İranın nüvə enerjisinin dinc məqsədlər üçün inkişafı proqramı çərçivəsində uranın zənginləşdirilməsi prosesini sıfıra endirməkdə israrlı olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR