İran İslam Respublikasının paytaxtı Tehranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, Savə maqistral yolunda baş verən zəncirvari qəzada 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
Yaralılar xəstəxanaya çatıdırılıb. Bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.