Türkiyə Qəzzadan 1 149 nəfəri təxliyə edib, digər vətəndaşların da ordan çıxarılması üçün işlər davam edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
Bundan əlavə, 283 okoloji xəstə və onların yaxınları da Türkiyəyə gətirilib.