Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri görüşəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə NTV kanalı məlumat yayıb.
Qeyd olunub ki, görüş martın 15-16-da Moskvada baş tutacaq.
Əsas müzakirə mövzusu Suriya olacaq.