Bank Of Baku

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Sazişini imzalayıb: Üzvlərdən birinə hücum hamısına hücum sayılacaq - YENİLƏNİB

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Sazişini imzalayıb: Üzvlərdən birinə hücum hamısına hücum sayılacaq - YENİLƏNİB
# 07 avqust 2026 14:44 (UTC +04:00)

Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb.

NTV xəbər verir ki, Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.

***

10:42

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.

Sazişin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün işgüzar səfər çərçivəsində Səudiyyə Ərəbistanına yola düşüb. Səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR