Bank Of Baku

Türkiyədə 2 vilayətdə şiddətli meşə yanğınları davam edir

Türkiyədə 2 vilayətdə şiddətli meşə yanğınları davam edir
# 30 iyul 2026 23:12 (UTC +04:00)

Türkiyənin Aydın və Balıkesir vilayətlərində meşə yanğınları davam edir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Nazirin sözlərinə görə, Aydının Çine və Balıkesirin Gömeç rayonlarında davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam edir.

O əlavə edib ki, Muğla, Antalya və Mersin vilayətlərində baş vermiş meşə yanğınları isə tam nəzarət altına alınıb.

Aydın vilayətinin Çine rayonunda meşə yanğınları səbəbilə 150 evdən ibarət Dutluoluk məhəlləsinin təxliyəsinə başlanılıb.

Sakinlərin təhlükəsiz şəkildə ərazidən çıxarılması üçün jandarma qüvvələri evlərin boşaldılması ilə bağlı elan verib.

Qeyd edək ki, Türkiyədə son sutka ərzində ümumilikdə 169 meşə yanğını qeydə alınıb. Onlardan 163-ü tam nəzarət altına alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR