Türkiyədə avtobusun iştirakı ilə qəza baş verib, 14 nəfər xəsarət alıb - FOTO

Türkiyədə avtobusun iştirakı ilə qəza baş verib, 14 nəfər xəsarət alıb - FOTO
# 10 dekabr 2023 02:05 (UTC +04:00)

Türkiyədə avtobus, mikroavtobus və qoşqulu nəqliyyat vasitəsinin (karavan) iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.

Əskişəhərdə baş verən qəzada 14 nəfər xəsarət alıb.

Xəstəxanaya çatdırılan yaralılardan ikisinin - mikroavtobusda olanların həyati təhlükəsinin olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR