Türkiyənin Muğla vilayətində gəzinti gəmisində yanğın baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, aralarında uşaqların da olduğu 115 sərnişin təxliyə olunub.
Gəmi tamamilə yanıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.
Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.