Türkiyədə parlament və prezident seçkilərinin 14 mayda keçirilməsinə dair qərar “Resmi Gazete”də dərc olunub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bununla da Türkiyə dövlət başçısının imzaladığı qərar rəsmi olaraq qüvvəyə minib.
***
15:14
Türkiyədə parlament və prezident seçkiləri 14 mayda keçiriləcək.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərarı imzalayıb.