Bank Of Baku

Türkiyədə yük gəmisində partlayış olub, dörd nəfər xəsarət alıb

Türkiyədə yük gəmisində partlayış olub, dörd nəfər xəsarət alıb
# 27 oktyabr 2023 07:04 (UTC +04:00)

Türkiyənin Fethiye şəhəri sahillərində yerləşən Niue bayraqlı “Serenity Ac” yük daşıyan gəmisində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Anadolu məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

75 metrlik gəmi insident zamanı Fethiye adasının yaxınlığında lövbər salıb. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Sahil mühafizəsi hadisə ilə bağlı xəbərdarlıq alıb gəmiyə xilasedici və polis qayıqlarını göndərib. Yaralılar Fethiye xəstəxanalarına çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR