Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 932-yə yüksəlib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
***
17:06
Türkiyədə zəlzələdə ölənlərin sayı 47 000-i keçib.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində ümumilikdə 115 000-dən çox yaralı var.
Prezident həlak olanların yaxınlarına bir daha başsağlığı verib.