Bank Of Baku

Türkiyədəki zəlzələdə Şimali Kipr voleybol komandasının 16 üzvü həyatını itirib

Türkiyədəki zəlzələdə Şimali Kipr voleybol komandasının 16 üzvü həyatını itirib
# 10 fevral 2023 17:55 (UTC +04:00)

Türkiyədəki zəlzələ zamanı Adıyamandakı hotelin dağıntıları arasından Şimali Kiprin 12-15 yaşlarında qız və oğlanlardan ibarət voleybol komandasının 16 üzvünün cəsədi çıxarılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası (TVF) açıqlama verib.

Hotelin dağıntıları arasında axtarış-xilasetmə işləri davam etdirilir.

Həmçinin qeyd olunub ki, dağıntılar zamanı həyatını itirən, lakin hələlik adları açıqlanmayan vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, hazırda ərazidə Şimali Kiprdən olan 170 nəfərdən ibarət xilasetmə qrupu da fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR