Türkiyənin zəlzələ bölgəsində - Qaziantep, Kahramanmaraş, Adıyaman, Osmaniye və Kilis vilayətlərində zərərin qiymətləndirilməsi işləri tamamlanıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində dağılan binaların 96%-i 1999-cu ildən öncə inşa edilib.