Bank Of Baku

Türkiyənin hakim partiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələyə toxunub

Türkiyənin hakim partiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələyə toxunub
# 24 oktyabr 2023 20:46 (UTC +04:00)

İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyasına dair yekun qərarı Türkiyə Böyük Millət Məclisi verəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim partiyası “AK Partiya”nın sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib F-16 və İsveçin terrorla bağlı mübarizəsi məsələsində müsbət irəliləmə var.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünə dair protokolu ratifikasiya üçün parlamentə göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR