Bank Of Baku

Türkiyədə mədən uçqunu nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB-2

Türkiyədə mədən uçqunu nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB-2
# 02 oktyabr 2026 08:53 (UTC +04:00)

Türkiyənin Manisa vilayətinin Soma rayonunda mədən müəssisəsində baş verən uçqun nəticəsində daha 3 işçinin meyiti tapılıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Manisa Valiliyi məlumat yayıb.

Bildirilib ki, bununla da faciə nəticəsində həyatını itirənlərin sayı 5-ə yüksəlib.

Valilikdən verilən açıqlamaya görə, mədəndə aparılan axtarış-xilasetmə işləri başa çatıb.



***
21:56

Somada mədəndə baş verən çökmə nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ədliyyə naziri Akın Gürlek açıqlamasında uçqun altından daha bir işçinin nəşinin çıxarıldığını bildirib.

Digər işçilərin çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.


***
18:14

Türkiyədə mədəndə uçqun
altında qalan 1 nəfər ölüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu səhiyyə naziri Kamal Memişoğlu bildirib.

***

16:17

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.

Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR