Bank Of Baku

“Altılıq” İrana nüvə müzakirələrinin təxirə salınmasını təklif edib

“Altılıq” İrana nüvə müzakirələrinin təxirə salınmasını təklif edib
# 26 yanvar 2013 10:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Altılıq” ölkələri İrandan nüvə müzakirələrinin təxirə salınmasını istəyib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Ali Milli Təhlükəsizxlik Şurası katibinin müavini Əli Bagiri açıqlama verib.

 

Onun sözlərinə görə, yanvarın 25-də axşam saatlarında Avropa Birliyi xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə aralarında telefon danışığı olub. Ə. Bagiri İranın “altılıq”la yanvar ayında görüşməyə hazır olduğunu bildirib. Ancaq H. Şmidt “altılıq” ölkələrinin buna hazır olmadığını və müzakirələrin fevral ayına təxirə salınmasını təklif edib. Bu səbəbdən İran rəsmisi qarşı tərəfi razılaşdırılmış tarixə sayğı göstərməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR