Bakı-APA. “HƏMAS” Fələstin qruplaşmasının lideri Xalid Məşaal Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasla danışıqlarda iştirak etmək məqsədi ilə Misirin paytaxtı Qahirəyə gəlib.
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu gün baş tutacaq görüşdə vasitəçi qismində Misirin prezidenti Məhəmməd Mürsi çıxış edir.
Qeyd edək ki, “HƏMAS” qruplaşması və İordan çayının Qərb sahilinə nəzarət edən “FƏTH” təşkilatı arasında danışıqlar hələ 2007-ci ildən dalana söykənib. Xatırladaq ki, o zaman “HƏMAS” Qəzza zolağında keçirilmiş parlament seçkilərində qalib gəlmişdi.