Bakı. Könül Cəfərli – APA. İranla “altılıq” arasında növbəti görüş yanvarda deyil, fevral ayında baş tuta bilər. APA-nın “Reuters”ə istinadən məlumatına görə, tərəflər arasında görüşün yeri və tarixi ilə bağlı hələlik razılıq əldə edilməsə də danışıqlar davam edir.
Qeyd edək ki, İranın “İSNA” xəbər agentliyinin bir neçə gün öncə yaydığı məlumatda “altılıq” ölkələriylə nüvə müzakirələrinin yanvarın 28-29-da keçiriləcəyi bildirilib.