Bakı. Könül Cəfərli – APA. Türkiyənin Statistika İdarəsi İrandan idxal edilən neftə dair məlumatları bundan sonra açıqlamayacaq. APA-nın İRİB-ə istinadən məlumatına görə, “Tüpraş” neft emalı şirkətinin tələbi ilə belə bir qərar qəbul edilib. Xəbərdə bildirilib ki, ABŞ-ın İrandan neft idxalına tətbiq etdiyi sanksiyalara görə “Tüpraş” aldığı neftlə bağlı məlumatların gizli saxlanılmasını tələb edib. Odur ki, Statistika İdarəsi 2012-ci ilin dekabr ayının sonlarından bu mövzuda açıqlama verməyi dayandırıb.
Qeyd edək ki, Statistika İdarəsi Türkiyənin İrandan idxal etdiyi neftə dair məlumatları ən son 2012-ci ilin noyabr ayında açıqlayıb.