Bank Of Baku

“Washington Post”: “ İranla “altılıq” ölkələri arasında razılaşmanın əldə edilməsi vacibdir”

“Washington Post”: “ İranla “altılıq” ölkələri arasında razılaşmanın əldə edilməsi vacibdir”
# 05 yanvar 2013 10:54 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. İranın nüvə proqramı ilə bağlı keçirilən görüşlərdə razılıq əldə edilməsi vacibdir. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Washington Post” qəzeti yazıb. Xəbərdə bildirilib ki, İranla “altılıq” ölkələri arasında keçiriləcək görüşlərdə rəsmi Tehran gözlədiyi təklifləri almayacaq: “İran bütün sanksiyaların ləğv edilməsini və uranı zənginləşdirmə haqqının tanınmasını istəyir. Lakin Tehranın bu tələblərinin ABŞ hökuməti tərəfindən qəbul edilməsi müşkül görünür. Ağ Evin müttəfiqlərlə birgə İranla yenidən müzakirələrə başlayacağı gözlənilir. Lakin bu görüşlərin uğurla nəticələnəcəyinə dair heç bir işarə yoxdur. Görüşlərdə irəliləyişə nail olmaq üçün  tərəflər arasında razılaşmanın əldə edilməsi lazımdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR