Bakı-APA. «Əl-Qaidə» terror şəbəkəsinin Yəmən bölməsi ABŞ-ın Sənadakı səfiri Cerald Feyerstaynı öldürən şəxsə 3 kilo qızıl (160 min dollar) mükafat verməyə hazır olduğunu bəyan edib. Bu barədə APA Assoşieyted Press agentliyinə istinadən məlumat verir.
Eyni zamanda Yəmən ərazisində öldürülmüş istənilən amerikalı hərbçiyə görə terrorçular 23 min dollar təklif edirlər. Agentliyin məlumatına görə, «təklif» yaxın iki ay ərzində qüvvədə olacaq.