Bank Of Baku

ABŞ-ın vitse-prezidenti: “İranla ikitərəfli görüş keçirməyə hazırıq”

ABŞ-ın vitse-prezidenti: “İranla ikitərəfli görüş keçirməyə hazırıq”
# 02 fevral 2013 12:48 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA.  “ABŞ hesab edir ki, İranın nüvə probleminin diplomatik yolla həlli üçün vaxt var”. APA-nın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Almaniyanın Münhen şəhərində keçirilən 49-cu təhlükəsizlik konfransında deyib. O bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı Tehranla birbaşa danışıqlar aparmaqdan imtina etməyib : “Biz əvvəl də bildirmişik ki, İranla ikitərəfli görüş keçirməyə hazırıq. Bu təklifimiz hələ də qüvvə qalır. İranın nüvə probleminin danışıqlar yolu ilə həllinə imkan var. Eyni zamanda bu ölkəyə  qarşı təzyiqlər də davam etməlidir. Tehran nüvə proqramından imtina etməlidir”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR