Bakı. Könül Cəfərli-APA. ABŞ yazın əvvəlində Fars (Bəsrə) körfəzinə yeni aviadaşıyıcı göndərəcək. APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib. Xəbərdə “Harry Truman” aviadaşıyıcısının Fars körfəzinə göndərilməsi üçün hazırlıq keçdiyi qeyd olunub: “Artıq Hörmüz boğazından keçmək üçün “Harry Truman” təlimləri başa çatdırıb və aviadaşıyıcı hazırda ABŞ-ın şərq sahilindədir”.
Hazırda aviadaşıyıcıya helikopter vasitəsilə lazımi silah-sursat və avadanlıq daşınılır. Bundan əlavə, “Harry Truman” aviadaşıyıcısı ilə bərabər, iki böyük desant gəmisi də yazın əvvəlində Fars körfəzinə göndərilməsi üçün ABŞ-ın şərq sahillərində hazırlıq təlimi keçir.