Bakı-APA. ABŞ kəşfiyyatı “Taliban” hərəkatının lideri Məhəmməd Ömərin öldüyünü təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Hesab edirik ki, bu, Əfqanıstanda vəziyyətin nizamlanmasına müsbət təsir göstərəcək”, - açıqlamada deyilir.
Xatırladaq ki, bir qədər əvvəl “Taliban” Məhəmməd Ömərin öldüyünü təsdiqləmişdi. Əfqanıstan hökumətinin yaydığı bəyanatda isə M. Ömərin 2013-cü ildə Pakistanda xəstəlikdən öldüyü bildirilirdi.