Bank Of Baku

ABŞ Suriyada əməliyyatlar keçirmək üçün qüvvələrini İraqda yerləşdirməyə başlayıb

ABŞ Suriyada əməliyyatlar keçirmək üçün qüvvələrini İraqda yerləşdirməyə başlayıb
# 01 dekabr 2015 23:28 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyada birtərəfli əməliyyatlar keçirmək üçün xüsusi təyinatlı qüvvələrini İraqda yerləşdirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

 

“İŞİD-ə daha çox təzyiq göstərmək məqsədilə biz xüsusi təyinatlı qüvvələrimizi yerləşdirməyə başlamışıq”, deyə o dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, bu addımlar İŞİD liderlərini məhv etmək üçün atılır.   

 

“Bu qüvvələr müəyyən müddətdən sonra Suriyada birtərəfli əməliyyatlar keçirməyə başlayacaq”, deyə Karter qeyd edib. O əlavə edib ki, İraq ərazisində keçiriləcək reydlərin hamısı yerli hökumətlə razılaşdırılacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR