ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində alyans ölkələrini müdafiə xərclərini artırmağa çağıracaq.
Bu barədə Reuters ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp sammitə iyulun 7-də qatılacaq və bu çağırışı müttəfiqlərə şəxsən çatdıracaq.
ABŞ Prezidenti sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd əş-Şaraa ilə də görüşəcək. Trampın həmçinin mətbuat konfransı keçirəcəyi gözlənilir.