Bank Of Baku

ABŞ vətəndaşı İranda edam oluna bilər

ABŞ vətəndaşı İranda edam oluna bilər
# 19 yanvar 2013 10:19 (UTC +04:00)

 APA-nın məlumatına görə, əslən İrandan olan S. Abedi bu ölkəyə dul qadınlar və uşaqlar üçün sığınacaq tikdirmək üçün gəlsə də, 2012-ci ilin sentyabrında həbs olunub.

 

Bu il yanvarın 21-də məhkəmə prosesi keçiriləcək ABŞ vətəndaşı İranın milli təhlükəsizliyinə xələl yetirməkdə günahlandırılır. İki uşaq atası olan S. Abedinin ABŞ-ın İdaho əyalətində yaşayan həyat yoldaşı Nağmə Abedi bildirib ki, həbs olunandan bəri vəkili ilə görüşünə icazə verilməyib: “Bir müddət əvvəl həyat yoldaşımdan məktub almışam. O, məktubunda həbsxanada döyüldüyünü yazıb. İran rəhbərliyinin təzyiqi altında Səidin uzunmüddətli azadlıqdan məhrum edilməsi və ya edam cəzasına məhkum olunması ehtimalı böyükdür. Ona görə də beynəlxalq ictimaiyyətin göstərəcəyi təzyiqin həyat yoldaşıma yardımçı olacağına inanıram. Səid Abediyə istintaq vaxtı İranda şəriət qayda-qanunları olmadan xalqı idarə edə bilmələrinin mümkünsüz olduğu deyilib”.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland da bir müddət öncə ölkəsinin bu məsələdən ciddi narahatlıq keçirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR