Bakı. Könül Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, İran hökuməti agentliyin əməkdaşlarının “Parçin” hərbi obyektinə daxil olmalarını təmin edəcək.
APA-nın məlumatına görə, bunu AEBA icraçı direktorunun müavini Herman Nakerts Vyanada bugünkü açıqlamasında deyib.
O bildirib ki, agentlik İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin, o cümlədən də hərbi sahəyə aid ehtimalların müzakirə yolu ilə həll olunacağına, çərçivə sazişinin bağlanacağına ümid edir.