APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, agentliyin icraçı direktorunun müavini Herman Nakertsin rəhbərlik etdiyi nümayəndə heyətini İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə qarşılayıb.
Qeyd edək ki, bu gün Tehranda İranla AEBA arasında sayca 7-ci nüvə müzakirələri keçiriləcək. Tərəflər arasında bundan əvvəlki danışıqlar da 2012-ci il dekabrın 13-də Tehranda gerçəkləşmişdi.