Bank Of Baku

Avstraliyada avtomobil qaz balonuna çırpılıb, 20 nəfər xəsarət alıb

Avstraliyada avtomobil qaz balonuna çırpılıb, 20 nəfər xəsarət alıb
# 09 iyun 2015 07:42 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın şimal-şərqində yerləşən Reyvenzhoy şəhərində avtomobilin yolkənarında yerləşən kafenin qaz balonuna çırpılması nəticəsində partlayış baş verib.

 
APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onlardan 3-ün vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, iki avtomobil toqquşub. Zərbənin gücündən idarəetmədən çıxan avtomobillərdən biri yoldan çıxaraq kafenin qaz balonuna çırpılıb. Nəticədə partlayış baş verib. 

Xəsarət alanların xəstəxanaya çatdırılması üçün 2 təyyarə və 2 helikopter hadisə yerinə cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR