Bank Of Baku

Avstraliyada təyyarə ticarət mərkəzinin üzərinə düşüb, ölənlər var - YENİLƏNİB

Avstraliyada təyyarə ticarət mərkəzinin üzərinə düşüb, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 21 fevral 2017 03:21 (UTC +04:00)

Avstraliyanın Melburn şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ticarət mərkəzinin üzərinə düşüb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan 5 nəfər ölüb. Onların ABŞ vətəndaşları olduğu ehtimal edilir. 

 

Təyyarə yerə çırpılandan  sonra güclü yanğın baş verib. Həmin vaxt ticarət mərkəzi bağlı olduğundan içəridə adam olmayıb.

 

Qəzanın səbəbləri barədə hələ ki, rəsmi məlumat verilmir. İlkin versiyaya əsasən, təyyarənin mühərriki havaya qalxdıqdan sonra sıradan çıxıb. 

 

***

03:24

 

Avstraliyanın Melburn şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ticarət mərkəzinin üzərinə düşüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisənin səbəbləri, ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

 

Təyyarə “Essendon” aeroportu yaxınlığında qəzaya uğrayıb. Hadisə yerinə yanğınsöndürənlərin cəlb edildiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR