Bank Of Baku

Bağdad yaxınlığında qaçqın düşərgəsində baş verən toqquşmalarda 47 nəfər ölüb

Bağdad yaxınlığında qaçqın düşərgəsində baş verən toqquşmalarda 47 nəfər ölüb
# 02 sentyabr 2013 07:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bu rəqəmi BMT açıqlayıb. Dünən səhər düşərgədə partlayışlar və silahlı toqquşmalar başlayıb. Düşərgəyə 5 minaatandan atəş açıldığı bildirilir. İraq rəsmiləri düşərgə ərazisində neft məhsulları ilə dolu konteynerin partladıldığını bildiriblər.

 

İraq tərəfi “Əşrəf” qaçqın düşərgəsində iğtişaşların yerli sakinləri ordu postunu ələ keçirmək istəməsindən sonra başladığını qeyd edir. Daha sonra hərbçilər qaçqınlara atəş açıblar. Hüquq-mühafizə orqanları 19 nəfərin öldüyü, 52 nəfərin yaralandığı, 38 nəfərin həbs olunduğunu bildirir. Həkimlər toqquşmalarda iki polisin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat yayıblar.

 

İran Xalq Mücahidləri təşkilatı düşərgədəki dinc sakinlərə hücuma görə İraq təhlükəsizlik qüvvələrini ittiham edib. İXM düşərgədə məskunlaşan qurum üzvlərindən 52 nəfərin öldüyünü bildirir. İraq baş nazirinin müşaviri Nuri əl-Maliki təhlükəsizlik qüvvələrinə qarşı ittihamları əsassız adlandırıb və baş verən hadisələrin təhqiqatının aparılmasını tələb edib. 

 

“Əşrəf” düşərgəsi Bağdaddan 60 kilometr şimalda yerləşir. Düşərgədə məskunlaşan iranlı müxaliflərin böyük əksəriyyəti 2012-ci ildə Bağdad yaxınlığındakı ABŞ hərbi bazasının ərazisinə köçürülüb, 100-dək müxalif isə düşərgənin bağlanmasına etiraz edərək özlərinə məxsus əmlakı qorumaq üçün “Əşrəf”də qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR