Bank Of Baku

Bağdadda törədilən iki terror aktı nəticəsində 11 nəfər ölüb

Bağdadda törədilən iki terror aktı nəticəsində 11 nəfər ölüb
# 04 iyul 2015 21:36 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda minalanmış avtomobillərin partladılması nəticəsində 11 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan biri şiələrin yaşadığı Amil məhəlləsində törədilib. Nəticədə 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

 

Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda törədilən partlayış isə 3 nəfərin həyatına son qoyub.

 

Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR