İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, minalanmış avtomobilin partladılması nəticəsində azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.
Partlayışın paytaxtın Madinat-əl-Sədr rayonunda baş verdiyi bildirilir.
Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.