Bakı. Faiq Mahmudov - APA. Banqladeşdə imkansız insanlara pulsuz geyim paylanılması zamanı yaranmış basırıqda 23 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.
APA-nın “France Press”ə istinadən verdiyi xəbərə görə, yüzlərlə insanın pulsuz geyim paylanan fabrikə daha tez daxil olmaq istəməsi nəticəsində basabas yaranıb.
Şəhər polisinin sözlərinə görə, ölənlərin əksəriyyəti yoxsul qadınlardır.