Bank Of Baku

Banqladeşdə müxalifət liderləri edam olunub

Banqladeşdə müxalifət liderləri edam olunub
# 21 noyabr 2015 21:28 (UTC +04:00)

Bakı-APA. Banqladeşdə  müxalifət liderləri Əli Əhsən Məhəmməd Mucahid və Səlahəddin Kuader Çoudhuri barəsində çıxarılmış ölüm hökmü icra edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Banqladeş Ali Məhkəməsi  Mucahid və Çoudhurinin ölüm hökmünə verilmiş apelyasiya şikayətlərini təmin etməyib.

 

Müxalifətçilər 1971-ci ildə müstəqillik uğrunda gedən müharibə zamanı törətdikləri cinayətlərə görə ölüm cəzasına məhkum ediliblər.  

 

Edamın müxalifət tərəfdarlarının etirazına səbəb olacağı gözlənilir.  

 

Qeyd edək ki, Hindistan, Qərbi Pakistan və Şərqi Pakistan (ərazisində sonradan Banqladeş dövləti yaradılıb) arasında müharibə 1971-ci ilin  martından dekabrınadək davam edib. Hindistanın Banqladeşə dəstək verməsi III Hindistan-Pakistan müharibəsinin başlanmasına səbəb olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR