Bakı. Real Cəfərli - APA. “ABŞ-ın Suriyaya hərbi müdaxiləsi digər ölkələr üçün də böyük problemlər yaradacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi bildirib. Onun sözlərinə görə, ABŞ 11 sentyabr bəhanəsi ilə bölgə ölkələrinə hərbi müdaxilə edir və Suriyada da “Əl-Qaidə” xeyrinə döyüşür: “Keçmişdə “Əl-Qaidə”ni silahla təmin edərək onlara hərbi təlimlər keçən ABŞ bu gün məğlubiyyətlərini kompensasiya etmək üçün koalisiya yaradaraq Suriyanı zəif vəziyyətə salmaq istəyir. Bunu dəstəkləyən bölgə ölkələri də ciddi ziyanlara məruz qalacaqlar”.