Bank Of Baku

Bəhreyndə yataqxanada baş verən güclü yanğında 13 əmək miqrantı yanaraq ölüb

Bəhreyndə  yataqxanada baş verən güclü yanğında 13 əmək miqrantı yanaraq ölüb
# 12 yanvar 2013 18:08 (UTC +04:00)

Bakı-APA. Bəhreyn polisi miqrant yataqxanasında 13 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsini araşdırır. 

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yanğın zamanı xilasetmə əməliyyatı aparılarkən üçmərtəbəli binanın tavanı uçulub, nəticədə bir yanğınsöndürən xəsarət alıb.

 

Qeyd edək ki, Bəhreyndə və Fars körfəzinin bir sıra dövlətlərində əsasən əmək miqrantları yaşayan yüz minlərlə bu cür yataqxana var.  

 

Bu binaların çoxu qəzalı vəziyyətdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR