Bakı-APA. Bir nömrəli terrorçu Üsamə bin Ladenin öldürüldüyü Pakistanın Abbotabad şəhərində geniş mədəniyyət və istirahət parkı tikilə bilər.
Şəhərin yerləşdiyi Xeybər-Paxtunxva əyalətinin idman və turizm naziri Səid Agil Şahın bildirdiyinə görə, istirahət zonasının layihəsi paraplanerçilər klubu, su idman növləri stadionu, zoopark və mədəni irs parkının təşkilini nəzərdə tutur.
Layihənin ümumi dəyəri 50 milyon dollardır, tikinti isə 5 il çəkə bilər.
Yerli deputat Cavad Abbasinin fikrincə, park bir nömrəli terrorçunun sığınacağı kimi ad çıxarmış şəhərin imicinin yaxşılaşdırılmasına kömək edəcək.
Ben Laden 2011-ci ildə Abbotabadda ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilib.