Bank Of Baku

Bəşər Əsəd 2014-cü ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlib

Bəşər Əsəd 2014-cü ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlib
# 14 yanvar 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Suriya lideri Bəşər Əsəd 2014-cü ildə prezident seçkilərində iştirak etmək fikrindədir. Bu barədə Suriya xarici işlər naziri vəzifəsini icra edən Feysəl Mekdad bildirib.

 

Mekdadın sözlərinə görə, Əsəd istənilən hakimiyyətin ötürülməsi prosesində vacib rol oynamaq niyyətindədir.

 

Yanvarın 6-da Bəşər Əsəd böhrandan çıxış planını təklif edib. Planda xarici dövlətlərdən terrorçuları maliyyələşdirməyə son qoymağı tələb etmək, milli dialoqa dair konfrans çağırmaq, yeni hökumət yaratmaq, yeni konstitusiya hazırlamaq və ümummilli amnistiya elan etmək nəzərdə tutulur.

 

Suriya müxalifəti, ABŞ, BMT baş katibi Pan Gi Mun və Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton Suriya prezidenti Bəşər Əsədin böhrandan çıxışa dair planını tənqid ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR