Bank Of Baku

Bəşər Əsəd: Paris siyasətini dəyişəcəyi təqdirdə, Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək

Bəşər Əsəd: Paris siyasətini dəyişəcəyi təqdirdə, Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək
# 18 noyabr 2015 02:07 (UTC +04:00)

Bakı-APA.  Paris bölgədə apardığı siyasəti dəyişəcəyi təqdirdə, Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Fransanın  “Valeurs Actuelles” nəşrinə müsahibəsində bildirib.

 

“Əgər Fransa hökuməti terrorla mübarizəyə qeyri-ciddi yanaşırsa,  biz terroru dəstəkləyən ölkə, hökumət, yaxud da hər-hansı təşkilatla əməkdaşlığa  vaxtımızı sərf etməyəcəyik”, deyə Əsəd bildirib.    

 

“Siz əvvəlcə siyasətinizi elə dəyişməlisiniz ki, qoy o bir meyar üzərində qurulsun, qoy terroru dəstəkləyən yox, onunla mübarizə aparan ölkələri birləşdirən alyansın bir hissəsi olasınız”, deyə Suriya prezidenti qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR