Bank Of Baku

Bəşər Əsəd xalqa müraciətlə çıxış edəcək

Bəşər Əsəd xalqa müraciətlə çıxış edəcək
# 05 yanvar 2013 23:30 (UTC +04:00)

 

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd bu gün xalqa müraciətlə çıxış edəcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd müraciətində ölkədəki və regiondakı vəziyyət barədə danışacaq. Suriya prezidentin çıxışının konkret vaxtı barədə məlumat verilmir.

Xatırladaq ki, BMT keçən həftə Suriyada qurbanların sayı barədə yeni hesabat təqdim edib. Hesabata əsasən, 2011-ci ilin martın 30-dan 2012-ci ilin noyabrın 30-dək Suriyada  59 min 648 nəfər qətlə yetirilib. Ölkədə 5 milyondan çox insan təcili humanitar yardıma ehtiyacı var. Bundan əlavə, 540 mindən çox suriyalı qonşu Livanda, İordaniyada, Türkiyədə və Şimali Afrikada məskunlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR